Dünya

ŞOK: insanlara peyvənd əvəzinə başqa məhlul vurublar

25 Aprel 2021 09:29
Baxış: 5 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın şimal-şərqindəki Eperne şəhərindəki xəstələrə səhvən "Pfizer"in COVID-19 peyvəndi əvəzinə natrium xlorid (NaCl) ineksiya ediblər.

Bu barədə ölkənin "Bleu" radiostansiyasından bildirilib.

Qeyd olunur ki, həkimlər peyvənd mərkəzində 140 xəstəyə bu məhluldan vurublar. Bu inyeksiya sağlamlıq üçün təhlükəsizdir, lakin həmin xəstələr yenidən vaksinasiya olunmalıdırlar.

Fransada peyvənd kampaniyası ötən ilin dekabr ayının sonunda başlayıb.

Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə təxminən 14 milyon insan artıq peyvəndin ilk dozasını alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.