Dünya

Meğri icmasının rəhbəri sərbəst buraxılıb

24 Aprel 2021 08:03
Baxış: 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrəvan məhkəməsi baş nazir Nikol Paşinyana qarşı etirazlar zamanı saxlanılan Meğri icmasının rəhbəri Mxitar Zakaryanın sərbəst buraxılmasına dair qərar verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Zakaryanın vəkili Qayane Papoyan jurnalistlərə bildirib.

"Məhkəmə Zakaryanın həbsini yetərli şübhələr olmadığına görə əsassız sayıb. O, həbsdən azad edilib", - vəkil belə deyib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi M.Zakaryana qarşı cinayət işi açmışdı. İstintaq Komitəsinin rəyinə görə, baş nazir N.Paşinyan Meğriyə səfər edən zaman M.Zakaryan bir qrup yerli administrasiya işçiləri, öz yaxınları və şirkət işçilərinin iştirakı ilə xuliqanlıq hərəkətləri təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.