Dünya

Xəstəxanada yanğın: 13 koronaviruslu xəstə öldü

23 Aprel 2021 09:09
Baxış: 1 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Maharaştra ştatında koronavirusa yoluxanların müalicə olunduğu xəstəxanada yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində reanimasiyada müalicə alan 13 xəstə ölüb.

Xəstələrin qalan hissəsi yaxınlıqdakı tibb müəssisələrinə köçürülüb. 

Yanğın, təxminən iki saata söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Xatırladaq ki, aprelin 21-də Hindistanda digər ştatda yerləşən xəstəxanada oksigen aparatında qaz sızması nəticəsində 22 koronavirusa yoluxan xəstə ölmüşdü. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory