Dünya

İtaliyada ölkədaxili səfərlər üçün "yaşıl sertifikat" sistemi tətbiq olunacaq

23 Aprel 2021 19:35
Baxış: 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada koronavirus pandemiyası ilə əlaqədar tezliklə ölkədaxili səfərləri nizama salmaq məqsədilə "yaşıl sertifikat" sistemi tətbiq olunacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sertifikat sahibləri "narıncı" və "qırmızı" zonalara sərbəst hərəkət edə biləcəklər. Bu sertifikatlar koronavirusa qarşı peyvənd olunmuş, COVID-19 xəstəliyindən sağalmış və ya müvafiq test arayışına malik şəxslərə veriləcək. Peyvənd olunmuş şəxslər üçün sertifikatın etibarlılıq müddəti maksimum altı ay olacaq, eyni zamanda, xəstəlikdən sağalanlar üçün də bu müddət nəzərdə tutulur. Koronavirusa qarşı test verən şəxslərdə isə sertifikatın etibarlılıq müddəti 48 saat olacaq.

Hələlik səhiyyə qurumlarının "yaşıl sertifikat" sistemini nə vaxt işə salacaqları məlum deyil. Eləcə də sertifikatın yalnız elektron və ya kağız formadan ibarət olacağına da aydınlıq gətirilməyib. Məlum olan odur ki, İtaliyada digər Avropa İttifaqı ölkələrinin müvafiq "yaşıl pasport" sistemləri tanınacaq və bu da turizmin canlanmasına töhfə vervməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.