Dünya

İran Nətənz nüvə obyektində yeni və müasir sentrifuqlar quraşdırıb

22 Aprel 2021 08:53
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Nətənz şəhərindəki nüvə obyektində uranın zənginləşdirilməsi üçün yeni, daha müasir sentrifuqlar quraşdırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) istinadən məlumat yayıb.

Məlumata görə, müəssisədə "maksimum 1044 IR-2m sentrifuqdan ibarət altı kaskad və maksimum 348 IR-4 sentrifuqdan ibarət iki kaskad yerləşdirilib, onlardan bəziləri artıq istifadə edilir".

Təşkilat bildirir ki, İran rəhbərliyi IR-4 sentrifuqlarının daha dörd kaskadını obyektdə qurmağı planlaşdırır.

Qeyd edək ki, BAEA keçən həftə Tehranın Nətənz nüvə obyektində uranın 60% səviyyəsində zənginləşdirilməsinə başladığını açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.