Dünya

Lukaşenko Rusiyaya səfər edəcək

21 Aprel 2021 17:29
Baxış: 580
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, A. Lukaşenko aprelin 22-də Moskvaya işgüzar səfər edəcək.

Səfər çərçivəsində Belarus Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Qeyd olunub ki, görüşdə iki ölkə arasında əlaqələr, ticari-iqtisadi sahədə əməkdaşlıq, COVID-19 pandemiyası ilə mübarizə, beynəlxalq gündəlikdə duran məsələlər, həmçinin regional vəziyyət müzakirə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.