Dünya

Məşhur siyasətçi qadına təcavüz edən oğlunu müdafiə etdi

20 Aprel 2021 16:42
Baxış: 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur italiyalı şoumen, siyasətçi Beppe Grillo təcavüz xəbərləri ilə gündəmə gəlib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, "5 Ulduz" hərəkatının rəhbəri Grillonun oğlu 19 yaşlı qadına təcavüz etməklə ittiham olunur. Bununla bağlı şoumen video müraciət edərək  hadisəni təkzib edib.

Belə ki, məlumata görə, siyasətçinin 20 yaşlı oğlu Kiro Grillo 2019-cu ildə Sardiniya adalarında yerləşən evlərində 3 dostu ilə birlikdə qadına təcavüz ediblər. Müdafiə edən tərəf cinsi münasibətin qadının razılığı ilə olduğunu bildirsə də, prokurorluq bunun təcavüz olduğunu iddia edir.

Beppe Grillo oğlunu müdafiə etmək məqsədilə yayımladığı videoda qadının təcavüz hadisəsindən 8 gün sonra polisə müraciət etməsinin qəribə olduğunu bildirib. 72 yaşlı, 4 uşaq atası şoumenin "təcavüz edən yox, axmaq gənclər" ifadəsi  izləyicilərin, o cümlədən siyasilərin etirazına səbəb olub və bu açıqlamanı qəbuledilməz hesab ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.