Dünya

Kolumbiya Rusiyaya nota verdi

20 Aprel 2021 13:39
Baxış: 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kolumbiya səlahiyyətliləri Rusiya təyyarəsinin ölkənin hava sahəsini pozması faktı ilə əlaqədar olaraq Rusiya səfiri Nikolay Tavdumadzeyə etiraz notası təqdim ediblər.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyinin rəhbəri Klaudiya Blum nazirliyin tvitter hesabında yayımlanan videomüraciətdə məlumat verib.

Nazir qeyd edib ki, Rusiya təyyarəsi dəfələrlə Kolumbiya tərəfindən verilən uçuş icazələrində göstərilən şərtləri yerinə yetirməyib.

Blum Tavdumadzeyə Rusiya hökumətindən dərhal cavab verilməsinin və Kolumbiya hava məkanında pozuntuların təkrarlanmayacağına dair zəmanət verməsinin vacibliyini çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.