Dünya

Belarusdan Ukraynaya cavab: Gülünc təklifdir!

11 Aprel 2021 09:59
Baxış: 2 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Minsk razılaşmalarını yerinə yetirmək istəmir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Belarus xarici işlər naziri Vladimir Makey Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçukun Donbas danışıqlarını Minskdən Polşaya köçürmək barədə təklifinə reaksiya bildirərkən deyib.

"Bu bəyanat fonunda bəzi Ukrayna siyasətçiləri Minskdə əldə edilmiş razılaşmalara riayət etmək istəməməkdən bəhs edir. Bu görüşlərin harada keçirilməsinin fərqi yoxdur. Antarktidada olsa belə. Əsas odur ki, konkret bir nəticə əldə olunsun. Məhz bu danışıqlar nəticəsində Ukraynanın şərqindəki hərbi əməliyyatlar dayandırıldı", - Makey qeyd edib.

Makey bildirib ki, Kravçukun təklifi gülüncdür və Polşanın bitərəfliyini şübhə altına qoyub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.