Dünya

Gürcüstanda matəm elan edildi

10 Aprel 2021 09:46
Baxış: 1 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 10-da Gürcüstanda bütün dövlət qurumlarında dövlət bayraqları endirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 7-də Abxaziyanın Qali rayonundan olan 4 Gürcüstan vətəndaşı İnquri çayında faciəli şəkildə ölüb.

Bununla əlaqədar olaraq aprelin 10-da ölkədə matəm günü elan olunub.

Xatırladaq ki, həlak olan şəxslər işğal altında olan Abxaziyadan Gürcüstanın nəzarətindəki əraziyə İnquri çayı vasitəsilə keçməyə cəhd edərkən boğularaq ölüblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.