"Ermənistan prezidenti ilə görüşlər ənənəvi xarakter daşıyır".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə açıqlamasında deyib.
"Siyasi dialoqumuz intensivliyini itirməyib, düşünürəm ki itirməyəcək. Prezidentlə görüşüm ənənəvidir, ikitərəfli münasibətləri yoxlamaq, qiymətləndirmələr aparmaq üçün vaxtaşırı görüşürük", - səfir vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan prezidentinin vəziyyəti necə qiymətləndirdiyini bilmək maraqlıdır: "Bu normal əlaqədir və müntəzəm xarakter daşıyır".
Kopırkın Sərkisyanın "Rusiya ilə münasibətlər üçün yeni yol xəritəsinin hazırlanması zərurəti" ilə bağlı açıqlamasına da toxunub: "Mənim üçün daha təfərrüatlı danışmaq çətindir, çünki bu yol xəritəsində nələrin ola biləcəyi barədə daha ətraflı məlumata malik deyiləm".
Ermənistan Prezidenti Armen Sərkisyan aprelin 2-də Rusiyanın bu ölkədəki səfiri ilə görüşüb.
Milli.Az