Dünya

Türkiyə erkən seçkilərə gedir? - Açıqlama

3 Aprel 2021 12:54
Baxış: 762
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hökumətin formalaşdırılması çətinliyi yoxdur. Seçkilər 2023-cü ildə keçiriləcək.

Milli.Az Axar.az-a isitnadən xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Siyasi və hüquqi məsələr üzrə müşaviri Hayati Yazıcı deyib.

"Türkiyənin növbədənkənar seçkilər keçirməsi üçün hər hansı səbəbi yoxdur. Hökumət fəaliyyətdədir, parlament işləyir. Yəni, növbədənkənar seçki ilə parlamentin strukturunun yenilənməsinə ehtiyac yoxdur. Seçkilər, inşallah, Konstitusiyada əksini tapdığı şəkildə, 2023-cü ildə baş tutacaq", - deyə H.Yazıcı bildirib.

O, müxalifətin bu yöndə iddialarının əsassız və yalan olduğunu qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.