Dünya

Tonoyan “İskəndər”lə bağlı sualdan qaçdı

3 Aprel 2021 11:49
Baxış: 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı "İskəndər" raketlərindən istifadə etməsi ilə bağlı suala cavab verməyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tonoyanın Şuşaya "İskəndər" atılması ilə bağlı suala cavabı belə olub:

"Mən dövlət sirrini açıqlamaq niyyətində deyiləm. Müharibənin gedişi və nəticələri araşdırıldıqdan sonra bütün sualları cavablandıracağam. Araşdırmalarda iştirak etməyə hazıram".

Tonoyan keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın Təhlükəsizlik Şurasında bir hesabat təqdim etməsi və hələ müharibənin dördüncü günündə hərbi əməliyyatları dayandırmağı təklif etməsi ilə bağlı sualı da cavablandırmayıb. Əvəzində o, "Baş qərargah rəisi məndən xəbərsiz heç bir hesabat təqdim edə bilməz" deyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.