Dünya

Misir Süveyş kanalındakı insidentə görə 1 milyard dollar ödəniş gözləyir

2 Aprel 2021 20:25
Baxış: 1 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misir "Ever Given" yük gəmisinin saya oturması və Süveyş kanalının yolunun bir həftə bağlı qalması səbəbindən 1 milyard dollar həcmində təzminat gözləyir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Süveyş kanalının idarə rəhbəri Üsamə Rabiyə bildirib.

O, təzminatın kim tərəfindən ödənilməli olduğunu dəqiqləşdirməsə də, dəymiş zərər barədə məsələ məhkəməyə çıxarılmayana qədər "Ever Given" gəmisinin və yükünün Misiri tərk etməsinə icazə verilməyəcəyi barədə xəbərdarlıq edib. Gəminin Yaponiyaya aid olması, Tayvanın yükdaşıma kompaniyasına xidmət etməsi və Panama bayrağı altında üzməsi səbəbindən prosesin həlli mürəkkəb görünür.

Kompensasiyaya xilasetmə əməliyyatının qiyməti, kanalın fəaliyyətinin dayanması səbəbindən ölkəyə dəyən zərər və itirilən tranzit haqları daxildir.

Qeyd edək ki, martın 23-də səhər saatlarında Çindən Rotterdama üzən və uzunluğu 400 metr, yükdaşıma qabiliyyəti 224 min ton olan "Ever Given" konteyner gəmisi Süveyş kanalının 151-ci kilometrində saya oturmuş və kanalın yolunu bağlamışdı. Nəticədə baş verən nəqliyyat böhranı yük gəmilərinin altı gün növbədə dayanmasına səbəb olub. Gəmi martın 29-da axşam saatlarında saydan çıxarılıb və kanalda naviqasiya bərpa edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.