Dünya

"Əl-Qaidə"nin yüksək rütbəli komandiri öldürüldü

30 Mart 2021 18:56
Baxış: 1 222
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Əl-Qaidə" terror təşkilatının yüksək rütbəli komandiri Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Əfqanıstan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, terror qruplaşmasının Hindistan yarımadasındakı yüksək rütbəli komandiri Əbu Məhəmməd ət-Tacik olaraq tanınan Dövlət Bek Taciki ölkənin şərqindəki Paktika əyalətində Əfqanıstan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlılarının keçirdiyi əməliyyat zamanı məhv edilib.

Onunla birlikdə "Taliban" qruplaşmasının komandiri Həzrət Əlinin də öldürüldüyü bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.