Dünya

Britaniya lokdaundan sonra tədricən normal həyata qayıdır

30 Mart 2021 12:00
Baxış: 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniya bu gündən tədricən lokdaundan çıxmağa başlayır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, İngiltərə sakinlərinə 6 nəfərlik qrupla görüşməyə icazə verilir. Ancaq bu, açıq havada mümkündür: qonaq getmək və müəssisələrdə görüşmək hələ də qadağandır.

İki həftə sonra qeyri-ərzaq dükanları və xidməti sahələr açılacaq, mayın ortalarında isə müəssisələrdə görüşməyə icazə veriləcək. Bundan başqa, may ayında beynəlxalq səfərlər gözlənilirdi, ancaq bu müddət avqusta qədər təxirə salınıb.

Həmçinin, sakinlərin həssas qrupuna - həkimlərə, 70 yaşdan yuxarılara və risk qrupunda olanlara əlavə müdafiə barədə qərar verilib: sentyabr ayında onlar vaksinin üçüncü -gücləndirilmiş dozasını vurduracaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.