Dünya

Bu gün Qırğızıstanda kütləvi vaksinasiyaya başlanılıb

29 Mart 2021 19:45
Baxış: 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Qırğızıstanda COVID-19 virusu ilə bağlı kütləvi vaksinasiyaya başlanılıb, peyvəndləmə zamanı Çinin "SinoPharm" vaksinindən istifadə olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, peyvəndləmə könüllülük əsasında həyata keçirilir.

Vurğulanır ki, ilk olaraq Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliyev peyvənd olunub.

Qeyd olunur ki, vaksinasiya Bişkek şəhəri, Oş və Çuy vilayətlərindən başlanıb, Bişkek şəhərində beş, Oş və Çuy vilayətlərinin hər birində iki peyvəndləmə məntəqəsi yaradılıb.

Məlumatda bildirilir ki, ilk olaraq yaşı 65-dən çox olanlar, tibb və təhsil sahələrinin əməkdaşları və rəhbər heyəti, hüquq-mühafizə orqanlarının və güc strukturlarının nümayəndələri peyvənd olunacaq.

Peyvəndləmədən sonra keçirilən mətbuat konfransında nazir deyib ki, məncə bu vaksin daha səmərəlidir və indiyədək əks təsiri qeydə alınmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.