Dünya

Polis Saqatelyanın qohumlarını saxlayıb

29 Mart 2021 09:48
Baxış: 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan müxalifətinin dünən keçirdiyi növbəti mitinqdən sonra "Vətənin qurtuluşu hərəkatı"nın koordinatoru İşxan Saqatelyanın qohumları polis tərəfindən saxlanılıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Saqatelyan "Facebook" hesabında yazıb.

Bazar günü müxalifət Ermənistan parlamentinin binası yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti mitinq keçirib. Mitinqdən sonra təşkilatçılar və iştirakçılar paytaxtın mərkəzi küçələri boyunca yürüşə başlayıblar.

Saqatelyan bildirib ki, təhlükəsizlik qüvvələri onun xalası, qardaşı və əmisi oğluna qarşı zor tətbiq edib, həmin şəxslər heç bir səbəb olmadan polisə aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.