ABŞ-ın 85 yaşlı yazıçı və ssenaristi Larri Marmertri Texasda vəfat edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə onun ailəsindən bildirilib.
Yazıçının ölümünə səbəb ürək çatışmazlığı olub.
L. Marmertri həyatı boyu 50-dən çox əsər yazıb. 1986-cı ildə "Tənha göyərçin" romanına görə Pulitser mükafatını qazanıb. 2006-cı ildə isə rejissor Enqa Linin "Qozbel dağ" filminə görə ən yaxşı adaptə olunmuş ssenari nominasiyasında "Oskar" alıb.
Milli.Az