Dünya

"Facebook" Venesuela prezidentinin hesabını dondurub

27 Mart 2021 10:41
Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook" COVID-19 haqqında yalnış məlumat yayılmasına qarşı siyasəti pozduğuna görə Venesuela prezidenti Nikolas Maduronun sosial şəbəkədəki hesabını dondurub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Facebook"un sözçüsü məlumat verib.

O bildirib ki, Venesuela prezidenti rəsmi "Facebook" hesabında yanvar ayında video paylaşıb. Bu videoda prezident Maduro kəklikotu bitkisindən istehsal olunan "Carvativir" dərmanının heç bir yan təsir buraxmadan yeni növ koronavirus infeksiyasını təsirsiz hala gətirən "möcüzə" kimi xarakterizə edib, lakin bu iddia həkimlər tərəfindən təsdiqlənməyib. 

"Ümumdünya Səhiyyə Təşkilatı hazırda bu virusu müalicə edəcək bir dərman olmadığını söyləyir və biz bu siyasəti izləyirik.  Qaydalarımızı dəfələrlə pozduğu üçün prezidentin səhifəni 30 gün ərzində dondururuq", - "Facebook"un sözçüsü deyib.

O əlavə edib ki, bu barədə Maduro Administrasiyası artıq məlumatlandırılıb.

"Facebook" rəsmisi bildirib ki, bu məhdudiyyət Venesuela prezidentinin "Instagram" hesabına tətbiq olunmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.