Dünya

Rusiya koronavirus əleyhinə üçüncü vaksinin istehsalına başlayıb

25 Mart 2021 13:49
Baxış: 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gündən Rusiyanın koronavirus əleyhinə üçüncü vaksini olan KoviVakın rəsmi istehsalına başlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Çumakov adına Mərkəz tərəfindən yaradılan KoviVak peyvəndinin istehsalına startı nazir Valeriy Falkov verib.

Beləliklə, üçüncü Rusiya istehsalı vaksin mülki dövriyyəyə buraxılıb 

Kovivak vaksini bu ilin fevral ayında dövlət qeydiyyatından keçib.

Qeyd edək ki, ötən ilin avqustun 11-də Rusiya dünyada koronavirus əleyhinə Sputnik V adlanan ilk peyvəndi dövlət qeydiyyatından keçirib. Ötən ilin payızında isə Rusiyada koronavirus əleyhinə ikinci peyvənd, EpiVakkorona dövlət qeydiyyatından keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.