Dünya

Serbiyalı model: "Cokoviçi başdan çıxarmağım üçün 60 min avro təklif etdilər"

25 Mart 2021 16:11
Baxış: 1 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nataliya Şekiç məşhur tennisçi Novak Cokoviçi yoldan çıxarmaq üçün ona pul təklif edildiyini açıqlayıb.

Milli.Az "Sputnik"ə istinadən xəbər verir ki, serbiyalı modelə 33 yaşlı tennis ustasını şantaj etmək üçün 60 000 avro təklif olunub. Təklifi rədd edən Nataliya bu barədə "Svet & Scandal" nəşrinə danışıb:

"Bir adam mənimlə əlaqə saxladı. Özünü  Londandan tanıyırdım, əslində yaxşı insan olduğunu düşünürdüm. Ortaya çıxardığı işlərə bələd idim. Mənimlə görüşmək istəyəndə iş üçün olduğunu fikirləşdim. Amma söhbətin davamı gəlincə, mövzunun mənim həyatımla bağlı olmadığını anladım".

Şekiçə Cokoviçi başdan çıxarma təklifi edilincə, ilk öncə kamera zarafatı olduğunu düşünüb, lakin sonradan həmin şəxsin tam ciddi olduğunu anlayıb. 

"Bunun qarşılığında 60 min avro (71 min dollar) alacağımı və istədiyim yerə səyahət edə biləcəyimi dedi. Güldüm, "Zarafat edirəm", - deməyini gözlədim, amma adam ciddi idi. Çox incinmiş və alçaldılmış hiss etdim.  Ağlımdan onu vurmaq, üzünə su tullamaq keçdi, lakin özümü tuttum. Ətrafımda çoxlu insanlar vardı. Əşyalarımı toplayıb, oradan ayrıldım. Ümid edirəm ki, bu istəyini edəcək başqa bir qız tapa bilməyib, çünki bu Novaka böyük təhqir olardı. O bizim ən yaxşılarımızdandır, örnək alınası insan və ailə başçısıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.