Dünya

Dağıstanda müəllim partlayan qumbaranı bədənilə örtərək şagirdləri xilas edib

25 Mart 2021 09:00
Baxış: 1 411
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dağıstanın Xasavyurt şəhərindəki 10 saylı məktəbdə Həyat fəaliyyətinin təhlükəsizliyinin əsasları fənnini tədris edən müəllim Maqomed Qurbanov dərs zamanı təsadüfən işə düşən qumbaranı bədənilə örtərək, sinifdəki uşaqları partlayışın fəsadlarından qoruyub.

O, bu hərəkətilə şagirdlərin həyatını xilas edib.

"Qumbaranın yuxarı hissəsini sökərkən müəllim sursatdan gələn müvafiq səsi eşidib və anlayıb ki, partlayış olacaq. Onu əlində sıxaraq, qarnına tərəf tutub və arxasını şagirdlərə tərəf çevirib", - deyə məktəbdən bildirilib.

Hazırda məsələ ilə bağlı cinayət işi açılıb. Müəllimin səhhəti barədə dəqiq məlumat verilmir. Yalnız onun bir əlindəki dörd barmağını itirdiyi qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.