Dünya

ABŞ-ın Virciniya ştatında da ölüm hökmü ləğv olundu

25 Mart 2021 08:08
Baxış: 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Virciniya ştatının rəhbərliyi ölüm hökmünə qadağa tətbiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, müvafiq yerli qərar Demokratlar Partiyasını təmsil edən qubernator Ralf Nortem tərəfindən imzalanıb.

Bununla da Virciniya ölüm cəzasını qadağan edən 23-cü ABŞ ştatı olub. Bu qərar ştatda Demokratlar Partiyasının müraciəti ilə qanunla təsdiqlənib.

Edam cəzası Virciniyada 17-ci əsrdə Köhnə qitədən köçənlərin koloniyalar qurmasından bəri təxminən 1400 dəfə tətbiq edilib. Bu, ABŞ-da bu cəza növünün ən yüksək göstəricisidir. Virciniya həm də ABŞ-ın cənubunda ölüm hökmünü qadağan edən ilk ştat olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.