Dünya

COVID-19 pandemiyasına baxmayaraq, 2020-ci ildə Türkiyədə işsizlik səviyyəsi azalıb

22 Mart 2021 20:40
Baxış: 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ildə Türkiyədə işsizlik səviyyəsi əvvəlki illə müqayisədə 0,5 faiz azalaraq 13,2 faiz təşkil edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsindən bildirilib.

Məlumatda qeyd edilir ki, COVID-19 pandemiyasına baxmayaraq, 2019-cu il ilə müqayisədə qardaş ölkədə işsizlərin sayı 408 min nəfər azalaraq 4 milyon 61 min nəfər təşkil edib. Türkiyədəki işsiz sayı kişilər arasında 59,8, qadınlarda isə 26,3 faiz azalıb. Bu şəxslərin 17,6 faizi kənd təsərrüfatı, 20,5 faizi sənaye, 5,7 faizi inşaat, 56,2 faizi isə xidmət sektorunda işlə təmin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.