Dünya

Paşinyan yenidən Baş nazir postuna namizəd olacaq

22 Mart 2021 12:40
Baxış: 1 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda hakim partiyanın erkən seçkilərdə Baş nazir postuna namizəd Nikol Paşinyan olacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

"Düşünürəm ki, sualın cavabı aydındır. Heç bir müzakirəyə qatılmadım və idarə heyətinin üzvü deyiləm, amma cavab aydındır",- o qeyd edib.

Onun sözlərinə görə, hər şey vətəndaşların seçimindən asılı olacaq, belə ki, hakimiyyət onlara bu fürsəti tanımalıdır.

Xatırladaq ki, Ermənistanın parlament qüvvələrinin və siyasi partiyalarının konsensusundan sonra ölkədə iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.