Dünya

Britaniya hipersəs silahlarla təchiz edilmiş xüsusi təyinatlı qüvvələr yaradır

22 Mart 2021 11:12
Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya hipersəs silahlarla təchiz edilmiş yeni xüsusi təyinatlı briqada yaradır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu məqsədlə 6.6 milyard funt sterlinq vəsaitin xərclənəcəyi planlaşdırılır.

Britaniya mətbuatında dərc edilmiş məlumatlara görə, sözügedən qüvvələr krallıq ordusunun modernləşdirilməsi strategiyasının tərkib hissəsi olaraq reallaşdırılacaq. 

Həmçinin, bildirilib ki, modernləşdirmə strategiyası çərçivəsində quru qoşunlarına əlavə 3 milyardlıq vəsait ayrılacaq. Ayrılan vəsait 4 alayı əhatə edəcək Xüsusi Əməliyyat Briqadasının yaradılmasına xərclənəcək.

Layihəyə uyğun olaraq, 10 minə yaxın hərbi qulluqçunun maaşında azalmalar müşahidə ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.