Dünya

Bu ölkədə son on ilin ən dəhşətli daşqınları gözlənilir

22 Mart 2021 09:48
Baxış: 1 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyanın Sidney şəhərində güclü sel, daşqın xəbərdarlığı edilib.

APA "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, gözlənilən təbiət hadisəsi son 10 ilin ən dəhşətli daşığını ola bilər. 

Təcili yardım xidməti Yeni cənubi Uels sakinlərinə "həyati təhlükə yaradan" şəraitin gözlənildiyi barədə xəbərdarlıq edib. 

İçməli su mənbəyi olan "Warragamba"nın şənbə günü günortadan sonra daşdığını bildirilib. 

Ərazidə kütləvi evakuasiyalara başlanılıb. Təxminən 4000 nəfərin yaxın günlərdə evlərini tərk etmək məcburiyyətində qalacağı bildirilir. 

Baş nazir Qledis Berejiklyan proqnozlaşdırılımış daşqınları  "əsrdə bir dəfə baş verən hadisə" kimi xarakterizə edərək, bunu milli fəlakət adlandırıb.

Qeyd edək ki, hazırda 650 xilasetmə əməliyyatı həyata keçirilib. Başqa ştatlarda möhkəmləndirmə işləri aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.