Dünya

Facebook yaradıcısından ŞOK AÇIQLAMA: Bu tarixdən insanlar teleportasiya edə biləcək

11 Mart 2021 18:14
Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Facebook CEO'su Mark Zukerberq, teleportasiya texnologiyasının həyatımıza girəcəyi tarixlə əlaqədar açıqlamalar verib.

Milli.Az metbuat.az-a istinadən bildirir ki, Mark Zukerberq müsahibəsində gələcəyin informasiya platformasının virtual gerçəklik olacağına inandığını və bu sahəyə investisiya qoymağın məntiqli olduğunu söyləyib.

"2021-ci ildəyik, indi bitləri (məlumat saxlama sahəsindəki ən kiçik fayl vahidi) hərəkət etdirmək atomu hərəkət etdirməkdən daha asandır. Biz teleportasiya etdiyimiz zaman artıq bizi yavaşladan - avtomobilləri, təyyarələri, bunların hamısını ortadan qaldıracayıq.

Mən bunun cəmiyyət və ümumiyyətlə planet üçün daha yaxşı olduğunu düşünürəm. 10 ildən sonra hər yerə teleportasiya ediləcəksiniz'' deyib.

Qeyd edək ki. Zuckerberk, virtual gerçəkliyə keçidin dünya üçün yaxşı olacağını və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalacağını vurğulayıb .

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.