Dünya

17 ton kokain aşkarlandı, 48 nəfər saxlanıldı

10 Mart 2021 09:27
Baxış: 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belçika polisi narkotik mafiyasına qarşı krallıq tarixində ən böyük əməliyyatlardan birini keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Federal Vəkili Fredrik Van Lyov Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

1500 polis əməkdaşının cəlb edildiyi əməliyyat zamanı 17 tondan çox kokain ələ keçirilib, 48 nəfər saxlanılıb.

Vəkilin sözlərinə görə, iki il davam edən prosesdə 200-dən çox axtarış aparılıb: "Xüsusi əməliyyat zamanı, həmçinin, 12 odlu silah, 1,2 milyon avro, polis forması və s. müsadirə edilib. Narkotik qaçaqmalçılığında ixtisaslaşmış "Sky ECC" adlı beynəlxalq cinayətkar şəbəkənin fəaliyyətinə son qoyulub". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.