Dünya

NASA Aya ilk qadın astronavtını göndərəcək

9 Mart 2021 16:41
Baxış: 1 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Milli Aviasiya və Kosmos İdarəsi (NASA) yaxın on ilə Aya ilk qadın astronavtı göndərməyi planlaşdırır.

Onun kimliyi, hələ ki, məlum deyil. Son astronavt 1972-ci ilin dekabrında Ayda olub. Təxminən yarım əsr sonra NASA insanları yenidən aya qaytarmağı planlaşdırır.

Milli.Az unikal.org-a istinadən bildirir ki, yeni proqram Apollonun mifik əkiz bacısının şərəfinə "Artemis" adlandırılıb.

NASA-nın Aya ilk qadın astronavtı göndərməyi barədə məlumatı İdarənin Space Launch direktoru Charlie Blackwell-Thompson da təsdiqləyib.

Qeyd edək ki, bugünədək Artemis proqramının icrası, xərclərin çox olmasına görə təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.