Dünya

ABŞ donanması geridə qaldı: ən çox gəmiyə sahib ölkə...

7 Mart 2021 17:07
Baxış: 1 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin 2020-ci ilin sonundan etibarən ən çox hərbi gəmiyə sahib olan ABŞ donanmasını geridə qoyub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Kəşfiyyatı Bürosunun hesabatında qeyd edilib. Məlumata görə, Çin artıq 360 müxtəlif döyüş gəmisinə sahib olmaqla liderliyə yüksəlib.

Hesabatda son 20 ildə donanmasını üç dəfə böyüdən Çinin 4 il ərzində gəmilərin sayını 400-ə çatdırmağı planlaşdırdığı qeyd olunur.

Qeyd edək ki, ABŞ 297 hərbi gəmiyə sahib olmaqla ikinci sırada yer alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.