Dünya

Türkiyədə COVID-19-la bağlı son vəziyyət açıqlanıb

6 Mart 2021 21:13
Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 64 nəfər vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə "covid19.saglik.gov.tr" portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 770 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7291, ağır xəstələr isə 1230 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 769 230 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 616 139 nəfər sağalıb, 28 965 nəfər isə həyatını itirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.