Dünya

Ərdoğan şəhidlərin dəfn mərasimində iştirak etdi - FOTO

5 Mart 2021 17:29
Baxış: 1 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin paytaxtı Ankarada Bitlisdəki hərbi helikopter qəzasında şəhid olan 11 hərbçinin cənazə mərasimi keçirilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Ərdoğan şəhidlərin ailələrinə, xalqa, orduya başsağlığı verib, onlara səbr diləyib.

Türkiyə Prezidenti deyib ki, Vətən, din uğrunda şəhidliyə yüksəlmək ən uca məqamdır, tanrı bu, məqamı hər kəsə nəsib etmir.

Daha sonra cənazə namazı qılınıb, şəhidlərin ruhuna dualar oxunub, onlar son mənzilə yola salınıb.

Xatırladaq ki, dünən baş vermiş qəzaya ilkin səbəb kimi hava şəraiti göstərilib. Həlak olanlar arasında general Osman Erbaş Paşa da var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.