Dünya

Yer kürəsinin yarısı bu vaksindən vurduracaq

3 Mart 2021 20:40
Baxış: 884
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin Yer kürəsinin yarısına koronavirusa qarşı vaksin vədi verib.

Milli.Az bildirir ki, Çin vaksin istehsalına başladığı gündən bəri 45-dən çox ölkə 500 milyon doza vaksin gözləyir.

Ölkənin vaksin firmalarının il ərzində 2,6 milyard doza peyvənd istehsal edə biləcəyini açıqlamasından sonra bir çox ölkə Qərb şirkətləri yerinə Çinə üz tutub.

Artıq 25 ölkədə Çin vaksini vurulur. Bu ölkələr arasında Azərbaycan və Türkiyə də var. Daha 11 ölkə vaksinləri təhvil alıb. 53 ölkəyə vaksin yardımı göndərilib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.