Dünya

Gürcüstan Prezidenti Şarl Mişellə görüşüb

1 Mart 2021 09:57
Baxış: 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə rəsmi səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, görüş bir neçə dəqiqə öncə Tbilisidə Orbeliani sarayında  başlayıb.

Görüşdən sonra media üçün ortaq açıqlama verilməsi planlaşdırılır.

Qeyd edək ki, Ş. Mişelin Salome Zurabişvili ilə görüşdən sonra təmas xəttini ziyarət etməsi və vəziyyətlə yerində tanış olması planlaşdırılıb.

Bundan başqa, o, Aİ nümayəndəliyinin Tbilisidə yeni ofisinin açılışında iştirak edəcək, həmçinin müxalifət partiyalarının liderləri ilə görüşəcək.

Ş. Mişel Martın 2-də Tbilisidən Ukraynaya yola düşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.