Dünya

Ekvadorun səhiyyə naziri istefa verdi

27 Fevral 2021 13:48
Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekvadorda səhiyyə naziri Juan Karlos Zevallosun qohumları və bəzi dövlət məmurlarına qeyri-qanuni yolla koronavirus peyvəndi vurdurması qalmaqala səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə tənqidlərə məruz qalan nazir vəzifəsindən istefa verib.

Ekvador mətbuatında yer alan xəbərlərə görə, o, istefasını Prezident Lenin Morenoya təqdim edib.

Qeyd edək ki, Zevallosun anasının yanvarın 23-də özəl bir sağlamlıq mərkəzində "COVID-19" peyvəndi olduğu ortaya çıxmışdı.

Bir neçə universitet rektoru və dövlət məmurunu peyvənd olunmağa dəvət edən Zevallos müxalifət tərəfindən ciddi tənqid edilmişdi.

Ekvadorda indiyə qədər 282 min 599 nəfər virusa yoluxub, 15 min 713 nəfər dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.