Dünya

Moskvada Xocalı soyqırımının qurbanları yad edilib - FOTO

26 Fevral 2021 18:34
Baxış: 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvada Xocalı soyqırımının qurbanları yad edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Xocalı faciəsinin 29-cu ildönümü münasibəti ilə Rusiyadakı Azərbaycan səfirliyinin binası qarşısında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş stend quraşdırılıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və azərbaycanlı diplomatlar, Rusiyadakı azərbaycanlı diaspor fəalları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) nümayəndələri, Moskvada təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımı stendini ziyarət ediblər, stendin önünə gül dəstələri qoyublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.