Dünya

Türkiyədə əlverişsiz hava şəraiti davam edir - VİDEO - FOTO

17 Fevral 2021 19:45
Baxış: 1 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, artıq bir neçə gündür ölkə ərazisində öz təsirini göstərən qar və güclü külək böyük fəsadlar törədib.

Ölkənin Mərmərə bölgəsinin şərqində, xüsusilə Kocaeli, Sakarya ve Yalova vilayətlərində axşama doğru yağıntının və küləyin güclənəcəyi bildirilir. Ölkənin daxili və şərq hissələrində şaxtalı və buzlu hava gözlənilir. Qara dənizin daxili və şərq hissələrində, eləcə də Anadolunun şərqində qar uçqunu riski var. Mərmərə və Egey bölgəsi, Orta Anadolunun cənubunda, Qərbi Aralıq dənizi və Şərqi Anadoluda güclü külək əsəcəyi, küləyin sürətinin saatda 70-90 kilometrədək çatacağı proqnozlaşdırılır.

İstanbul və Bursada bəzi gəmi səfərləri təxirə salınıb.

Artıq bir neçə gündür davam edən əlverişsiz hava şəraiti yolların buz bağlamasına, həmçinin qəzalara səbəb olub. Əsən güclü külək yüzlərlə evin dam örtüyünü uçurub, yüzlərlə avtomobilə ciddi zərər dəyib. Çox sayda heyvan tələf olub.

Hidrometeoroloqlar ölkə ərazisində çox buludlu, yağıntılı və küləkli hava şəraitinin daha bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar. Vətəndaşlara əlverişsiz hava səbəbindən baş verə biləcək fəsadlara qarşı diqqətli olmaları ilə bağlı xəbərdarlıq edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.