İdman

"Qarabağ"ın futbolçuları oyun günü nə yeyir? - Diyetoloq açıqladı

6 Dekabr 2025 18:35
Baxış: 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" klubunun diyetoloqu İlqar Şamilov futbolçuların qidalanması ilə bağlı maraqlı detalları açıqlayıb. O, İctimai Televiziyada yayımlanan "OffTOP" podkastının qonağı olub.

Milli.Az-ın xəbərinə görə, Şamilov bildirib ki, komandanın futbolçuları səhər yeməyində qırmızı şirin bibər yeməyə alışıb:

"Qırmızı şirin bibərdə olan C vitamini bir ədəd portağaldakından üç dəfə çoxdur", - deyə diyetoloq vurğulayıb.

Onun sözlərinə görə, futbolçunun cəmi 500 qram və ya 1 kiloqram artıq çəkisi belə performansa birbaşa təsir edir:

"Biz hər bir futbolçunu, şikayəti olsun-olmasın, fizioterapiya otağından keçiririk. Ayrı-ayrı söhbətlər aparılır, vəziyyətləri yoxlanılır," - deyə o, bildirib.

Diyetoloq həmçinin oyun günləri verilən xüsusi rasiondan danışıb:
"Oyun günü futbolçulara az bişmiş çuğunduru zeytun yağı ilə birlikdə təqdim edirəm."

Şamilov bəzi futbolçuların qidalanmaya xüsusi həssaslıqla yanaşdığını da qeyd edib:

"Musa Qurbanlı, Toral Bayramov, Elvin Cəfərquliyev, Nəriman Axundzadə, Bədavi Hüseynov - onların hər biri qidalanmaya çox ciddi diqqət göstərir," - deyə o, söyləyib. (musavat.com)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.