Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan əməliyyatda saxlanılan tanınmış televiziya aparıcılarından ikisi azadlığa buraxılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu prokurorluqda ifadə verdikdən sonra Ədliyyə Tibb Qurumuna göndəriliblər.
Bundan sonra Ela Rumeysa Cebeci və Meltem Acet sərbəst buraxılıblar.
Xatırladaq ki, İstanbuldakı jandarm qruplarının tanınmış şəxsləri hədəf alan narkotik əməliyyatı çərçivəsində teleaparıcılar Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu da daxil olmaqla çox sayda insan saxlanılmışdı.
Milli.Az





