Böyük Britaniyada 22 yaşlı Ris Çadfild adlı şəxs qida yarışmalarında həddindən artıq yemək nəticəsində xəstəxanaya yerləşdirilib.
Milli.Az xəbər verir ki, iki gün ərzində o, bir neçə kiloqram ət, balıq və 38 toyuq naqeti yeyib, 36 dəqiqə ərzində isə o kafelərin birində iki kiloqram steyk udub.
Növbəti gün vəziyyəti pisləşərək 39 dərəcə temperatur və şiddətli qarın ağrısı yaşayıb.
Dostları tərəfindən xəstəxanaya aparılan Risin mədəsində çoxlu miqdarda həzm olunmamış qidanın olduğu, mədə funksiyalarını yerinə yetirməkdə çətinlik çəkdiyi məlum olub.
Xəstəxanada müalicə alan gənc evə buraxılıb, lakin hələ də yarışmalardan imtina etmədiyini bildirib.
Milli.Az





