Sağlamlıq

Ümumiyyətlə zərərlidir, ancaq bir növü var ki, birbaşa "xəstəliyə dəvətnamədir"

6 Dekabr 2025 23:03
Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həkim ən zərərli kolbasa növünü açıqlayıb.

Milli.Az xəbər verir ki, rusiyalı qastroenteroloq Yevgeniya Melnikova bildirib ki, hər gün sosiska və kolbasa yemək zərərlidir.

"Bu məhsulların tərkibində çoxlu dad artırıcılar, duz, doymuş yağlar və nitratlar var və kalorili məhsuldur. 100 qramında 200-600 kilokalori olan yağlı ət kolbasaları, xüsusilə hisə verilmiş kolbasalar, ən zərərli sayılır".

Həkim xəbərdarlıq edib ki, bu məhsulları tez-tez yeyənlərdə piylənmə riski artır və nəticədə tip 2 diabet inkişaf edə bilər. Həmçinin, çox duzlu kolbasalar lipid mübadiləsini pozaraq hipertoniya və ateroskleroz riskini yüksəldir.

Digər təhlükələr arasında osteoporoz, kalsium və fosfor mübadiləsinin pozulması və kolorektal xərçəng riski də var.

Mütəxəssislər tövsiyə edirlər ki, kolbasa və sosiska kimi emal olunmuş ət məhsullarından yalnız nadir hallarda istifadə edilsin.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.