Hadisə

Beyləqanda qəzada xəsarət alanların son vəziyyəti açıqlandı - YENİLƏNİB

6 Dekabr 2025 21:34
Baxış: 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

06.12.2025-ci il tarixdə saat 19:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Trend-ə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

1968-ci il təvəllüdlü şəxsə və 1972-ci il təvəllüdlü şəxsə kəllə beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

--------

Beyləqanda baş verən qəza zamanı ölən və yaralananların kimliyi məlum olub.

Trend xəbər verir ki, Məmmədov Nizami Zahid oğlu həyatın itirib. Məmmədov Hafiz Atamoğlan oğlu və Namazəliyev Rövşən Bəylər oğlu ağır xəsarət alıb.

Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

-----------

Beyləqanda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında aşıb.

Nəticədə bir nəfər hadisə yerində həyatını itirib, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.