Dünya

Moskvada 16-cı mərtəbədən yıxılan qadın sağ qalıb - VİDEO

16 Fevral 2021 08:33
Baxış: 1 435
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Moskvada 16-cı mərtəbədən yıxılan qadın sağ qalıb .

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə paytaxtın Fövqəladə hallar xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə Moskvanın şərqində yerləşən Novokosino küçəsində baş verib.

Hündürmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsindən yıxılan qadın binanın giriş qapısının üstü qarla örtülmüş üzlüyünə düşüb. 25 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

"Mash" teleqram kanalı qadının yıxılma anının video görüntüsünü yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.