Dünya

100 nəfər sərnişini olan təyyarə təcili eniş etdi - Rusiyada

14 Fevral 2021 17:52
Baxış: 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın 100 nəfər sərnişini olan Sukhoi Superjet təyyarəsi Yekaterinburqda təcili eniş edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə E1.ru xəbər verir. Yekaterinburq Koltsovo hava limanından Ufa şəhərinə uçan təyyarə təcili enməli olub.

Məlumata görə, hadisəyə texniki nasazlıq səbəb olub.

Uçuşun başlamasından qısa müddət sonra yanacaq filtrində nasazlıq olub və bu səbəbdən də heyət təyyarəni dərhal yerə endirmək qərarı verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.