Dünya

“Apple” istifadəçiləri kriptovalyuta ilə ödəniş edə biləcək

13 Fevral 2021 09:36
Baxış: 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" istifadəçiləri kriptovalyuta ilə ödəniş etməyə imkan verən "BitPay" kartından tezliklə istifadə edə biləcəklər. Tezliklə "SamsungPay" və "GooglePay" istifadəçiləri də eyni seçimdən yayarlana biləcəklər.

Bu barədə "Qafqazinfo" "BitPay"in saytına istinadən xəbər verir.           

Şirkətdə bildiriblər ki, istifadəçilər "ApplePay"ə "BitPay" kartını əlavə etmək imkanı əldə edəcək. Bu kart bitkoin, Ethereum, Bitcoin Cash və dollarla əlaqəli dörd steyblkoin kimi kriptovalyutaları dəstəkləyir.

"BitPay" nümayəndələri "SamsungPay" və "GooglePay" istifadəçilərinin də cari rübün sonunda onların sisteminə daxil ola biləcəyini vəd ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.