Dünya

Estoniyanın Baş naziri: Koronavirusa yoluxma göstəriciləri gözləntilərin əksinə olaraq yüksəlib

12 Fevral 2021 21:15
Baxış: 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Estoniyanın Baş naziri Kai Kallas COVID-19-a yoluxma göstəricilərinin hökumətin gözləntilərinin əksinə olaraq yüksəldiyini söyləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xanım Baş nazir ötən gün deputatların suallarını cavablandırarkən yoluxma göstəricilərinin artdığını, 24 saat ərzində 798 nəfərin testlərinin nəticələrinin müsbət olduğunu, 449 nəfərin isə xəstəxanada müalicə aldığını bildirib.

"Bütün rəqəmlər vəziyyətin heç də yaxşı olmadığını göstərir", - deyə K.Kallas əlavə edib.

Baş nazir digər ölkələrin təcrübəsinə əsasən tam məhdudiyyətlər tətbiq edildikdə COVID-19-a yoluxma göstəricilərinin aşağı düşdüyünü, lakin məhdudiyyətlər aradan qaldırıldıqdan sonra insanların məsuliyyətsiz davranışları səbəbilə yenidən artmağa başladığını vurğulayıb.

"Rəqəmlərə nəzarət edə bilməyimiz üçün insanların özləri onlara verilən sadə tövsiyələrə riayət etməlidir. Hökumət, ilk növbədə, COVID-19-a yoluxma göstəricisini 500 səviyyəsinə çatdırmaq istəyir. Lakin biz bu səviyyəyə çatmağa imkan verən istiqamətdə hərəkət etmirik", - deyə K.Kallas bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.