Qarabağ müharibəsində iştirak etmiş səfərbərlik resursunun 3-4 faizi hərbi əməliyyatlarda iştirak etmək qarşılığında hələlik pul almayıb.
Milli.Az ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində deputatlarla sual-savab zamanı Ermənistan Müdafiə naziri Vağarşak Harutyunyan deyib.
Onun sözlərinə görə, ödəniş almayanlar əsasən iki qrup şəxslərdir.
"Şəxsi məlumatlarını təqdim etməyənlər və hərbi komissarlığın göstərişi ilə çıxanlar, hərbi hissəyə çatmayanlar", - Harutyunyan qeyd edib.
Milli.Az