Dünya

İndoneziyalı mütəxəssislər: Qəzaya uğramış təyyarənin avtomatik qaz sistemində anomaliyalar olub

10 Fevral 2021 21:50
Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyanın "Sriwijaya Air" şirkətinin Yava dənizində qəzaya uğramış "Boeing 737-500" sərnişin təyyarəsinin mühərrik gücünü tənzimləyən avtomatik qaz sistemində anomaliyalar olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İndoneziya Nəqliyyatda Təhlükəsizlik Komitəsinin fevralın 10-da yaydığı ilkin hesabatda bildirilir.

Sənəddə deyilir ki, təyyarənin mühərrik gücünü avtomatik tənzimləyən qaz sistemində anomaliyalar baş verib. Bu, qəzaya qədər də məlum olub. Lakin bununla yanaşı, avtomatik qaz sistemində problemlər olduğunu söyləmək üçün son nəticə hələlik əldə edilməyib.

Komitənin yaydığı məlumatda, həmçinin bildirilir ki, müstəntiqlər hazırda bu elementin, Yerə həddindən artıq yaxınlaşmanın təhlükəsi barədə xəbərdarlığın, həmçinin təyyarəyə texniki xidmət göstərilməsinin səviyyəsinin araşdırılmasını davam etdirirlər.

Xatırladaq ki, yanvarın 9-da İndoneziyanın "Sriwijaya Air" şirkətinə məxsus sərnişin təyyarəsi Male adaları yaxınlığında Yava dənizinə düşüb. Cakartadan Kalimantan adasında yerləşən Pontianak şəhərinə uçan təyyarə təqribən 3 kilometr hündürlüyə qalxdıqdan sonra gözlənilmədən bir dəqiqə ərzində dəniz səviyyəsinə düşüb və radarlardan itib.

İndoneziya Nəqliyyat Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsindəki 62 nəfərin hamısı həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.